16 nəfər hamamda zəhərləndibackend

16 nəfər hamamda zəhərləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

Mütəxəssisin sözlərinə görə, müraciət edənlərdən 2-i azyaşlı olub. 2 və 6 yaşlı uşaqlar hamamda olarkən dəm qazından zəhərləniblər: “Ümumiyyətlə müraciətlərin hamısı hamamda zəhərlənmə ilə bağlıdır. Bu isə evlərdəki hamam otaqlarında standartlara uyğun olmayan cihazlardan istifadə ehtimalını gücləndirir. Bütün vətəndaşlara müraciət edərək xüsusən soyuq havalarda hamam otaqlarındakı cihazların təkrar-təkrar yoxlanılmasını xahiş edirik”.

Elnarə
İnterpress.az