Daxili orqanında narkotik keçirmək istəyirdi, yaxalandıbackend

Daxili orqanında narkotik keçirmək istəyirdi, yaxalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikasının vətəndaşları gömrük nəzarətindən keçən zaman özlərini şübhəli apardıqlarına görə saxlanılıb və şifahi sorğu-sual olunublar.

DGK-an  verilən məlumata görə, sorğu-sual zamanı hər iki şəxs üzərlərində gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildiriblər.

Daha sonra onların üzərlərində ayrı-ayrılıqda şəxsi yoxlama aparılıb. Yoxlama zamanı vətəndaşların əynindəki şalvarın bel kəməri bağlanan yerin astarının altından ümumilikdə çəkisi 99 qram olan narkotik vasitə – tiryək aşkarlanıb.

Daha sonra daxili orqanlarının yoxlanması məqsədi ilə həkim müayinəsindən keçirilən vətəndaşlardan birinin daxili orqanı – düz bağırsağından sellofana bükülü 3 ədəd bükümdə 199 ədəd “metadon” adlı həb aşkarlanıb.

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az