Pasportlarda “milliyyət” qrafası – TƏKLİFbackend

Pasportlarda “milliyyət” qrafası – TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, SSRİ-də ümumvətəndaşlıq pasportlarında milliyyəti göstərən “beşinci qrafa” mövcud idi. Sovetlərin dağılmasından sonra bu bənd ləğv olunub.

Senatorun sözlərinə görə, pasportlarda “milliyyət” qrafasının olmamasına səbəb bununla bağlı qanunun qəbul edilməməsidir. İdaya müəllifi bildirib ki, bu addım çoxmillətli Rusiyada millətlərin milli kimliyinin qorunub saxlanılmasına və millətlər arasındakı münasibətlərin tənzimlənməsinə kömək edər.

Çeçenistan Respublikasının Sverdlovsk vilayətindəki nümayəndəsi Salautdin Mamkovun sözlərin görə isə, “milliyyət qrafası”nı bərpa etmək heç də yaxşı şey vəd etmir: “10 illik müharibə zamanı biz öyrəndik ki, pasportda milliyət yazılsa, insana müəyyən problemlər yarada bilər. Düşünmürəm ki, Çeçenistan rəhbərliyi buna razılıq versin. Biz Rusiyada yaşayırıq, biz rusiyalıyıq və bu pasportda qeyd edilməlidir. Milliyyətini qeyd etmək üçün başqa vasitələrdən istifadə etmək lazımdır”.

İnterpress.az