Kral İŞİD-i hədələdi: “Müharibə amansız olacaq”backend

Kral İŞİD-i hədələdi: “Müharibə amansız olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şəhid pilot Muaz əl-Kesasibenin qanı hədər getməyəcək. İordaniyanın qorxaqcasına törədilən bu günaha cavabı çox sərt olacaq” deyə Krallıq Divanından yayılan açıqlamada vurğulanıb.

İnterpress.az xəbər verir ki, kral Abdullah pilotun İŞİD tərəfindən öldürülməsindən sonra paytaxt Əmmanda, ordu gərargahında yüksək rütbəli zabitlərin iştirakıyla iclas keçirib.

Abdullah bildirib ki, İŞİD təkcə onlarla savaşmır. “İŞİD həm də İslam dini və dəyərlərimizlə savaşır. Bunun üçün də müharibəmiz amansız olacaq. Günahkarlara qarşı tətikdə olacaq, onları öz yuvalarında vuracağıq”.

İsrailin baş naziri Benyamin Netanyahu pilotun ölümünə görə başsağlığı verib.

HAMAS da iordaniyalı pilotun yandıılaraq öldürülməsini qınayıb.

İnterpress.az