Buna görə də hökumət qəbul etdiyi yeni qanunla işçilərə məcburi məzuniyyət verəcək. İnterpress.az xəbər verir ki, qanun qüvvəyə mindikdən sonra dövlət və özəl müəssisələrdə işləyənlər hər il məcburi şəkildə 5 gün məzuniyyətə çıxmalı olacaqlar.
Məzuniyyət haqqından istifadə etmək istəməyənlər haqqında tədbirlər görüləcək. Bu qanun yaponlar arasında işdən sonra meydana gələn ruhi xəstəlikləri azaltmaq məqsədi daşıyır .
Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi tərəfindən aparılan araşdırmaya görə, ölkədə işləyənlərin yarısından çoxu illik ödənişli 20 gün olan məzuniyyət haqqından istifadə etmir.
Tədqiqatlara görə, yaponlar məzuniyyətdə olduqları zaman müvəqqəti boşalan iş yerinin yoldaşlarına veriləcəyindan narahat olaraq tətilə çıxmırlar. Yaponiyada işçilər “Hər kəs öz işini özü görməlidir, müvəqqəti də olsa iş başqasına yüklənməməlidir” deyə düşünürlər.
İnterpress.az