Yollar belə bölünəcəkbackend

Yollar belə bölünəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın verdiyi xəbərə görə, oyunlar ərəfəsində həmçinin əhalinin istifadəsi üçün də bir yol ayrılacaq. Belə ki, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi Avropa Oyunları üzrə nəqliyyat qərargahı seçilib. Bu barədə NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı “Salamnyus”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Bakı 2015 Avropa Oyunları zamanı yolarda xüsusi zolaqlar olacaq: “Avropa Oyunları zamanı idmançılar, yarışların keçirləcəyi ərazilər – bütün bunlar arasında maşrut istiqamətləri bizim mütəxəsislərimiz tərəfindən işlənib hazırlanıb.

Ekspress maşrutlar bu yollar üzrə hərəkət edəcək. Eyni zamanda, əhalinin istifadəsi üçün də bir yol da ayrılacaq. Həmin maşrutların hərəkət edəcəyi istiqamətlərdə ilk sınaq keçirilib. Hazırda biz təhlükəsizlik baxımından yarışların gedəcəyi həmin ərazilərin adlarını açıqlamırıq”.

İnterpress.az