Müsavat Divanı növbədənkənar toplantı keçirəcəkbackend

Müsavat Divanı növbədənkənar toplantı keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adətən həftənin bazar ertəsi saat 14-də keçirilən iclasın vaxtı bu dəfə cümə günü axşam saat 18-ə dəyişdirilib”.

Bunu fəaliyyəti ilə əlaqədar Müsavat Divanına dəvət edilən partiya başqanlığına sabiq namizəd Qubad İbadoğlu özünün “Facebook” səhifəsində yazıb.

Q. İbadoğlu bildirib ki, Müsavat rəhbərliyi onu fevralın 9-da Divanın iclasına dəvət etsə də, ölkədə olmayacağını səbəb göstərərək iştirak edə bilməyəcəyini söyləyib. Buna baxmayaraq, dünən onu fevralın 5-də Divanın iclasına dəvət ediblər.

Q. İbadoğlu hər bir partiyadaxili məsələnin bağlı qapılar arxasında deyil, açıq müzakirəsinin tərəfdarı kimi dəvəti məmnuniyyətlə qəbul etdiyini və Divanın iclasının açıq keçiriləcəyi, maraqlanan partiya üzvlərinin iclasda müşahidəçi kimi iştirakının təmin olunacağı, qeyd və çəkiliş üçün imkan yaradılacağı təqdirdə, iclasa qatılmağa razı olduğunu bəyan edib: “Mənim nə partiya yoldaşlarımdan, nə də xalqımdan gizli sirrim, sözüm, davranışım yoxdur.

Qoy, hər kəs kimdənsə, haradansa eşitdiyinə görə yox, gördüyünə qiymət versin və bir daha əmin olsun ki, uzun illər fədakar və mübariz müsavatçılarla birgə getdiyimiz yolumuzu davam etdiririk və bu mübarizədə amalımız Azərbaycandır”.

Müsavat başqanının müavini Elman Fəttah isə APA-ya açıqlamasında iclasın mətbuat üçün qapalı keçiriləcəyini bildirsə də, Müsavat Partiyasının üzvü olan müşahidəçilərin Divana qatılmaq hüququnun olduğunu vurğulayıb.

Xatırladaq ki, Q. İbadoğlu fevralın 2-də Divana dəvət olunsa da, toplantıya qatılmayıb və ona rəsmi xəbərdarlıq edilib.

İnterpress.az