Süleymani bu səbəbə görə öldürülübbackend

Süleymani bu səbəbə görə öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Milli Təhlükəsizlik müşaviri Robert O\’Brayn iranlı general Qasım Süleymaninin öldürülməsində məqsədin daha çox qan tökülməsinin qarşısını almaq olduğunu bildirib.

RİA-nın xəbərinə görə, o bildirib ki, Süleymani ABŞ qoşunlarına hücüm planlaşdırmışdı:

“ABŞ İrandan münaqişəni kəskinləşdirməkdənsə, danışıqlar üçün “düzgün yol” seçməsini gözləyir. Münaqişəni dərinləşdirmək yaxşı qərar olmayacaq”.

Bundan əvvəl Tramp ABŞ-n Süleymanini zərərsizləşdirməyi İranla müharibəni davam etmək yox, dayandırmaq üçün etdiyini bildirib.

Yanvarın 3-də Süleymanini əvəz edən İsmayıl Qaani ABŞ-ın Yaxın Şərqdəki vətəndaşlarını öldürəcəyini deyib:

“Bir az səbirli olun, Orta Şərqdə amerikalıların cəsədlərini görəcəksiniz”.

İnterpress.az