İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1938-ci il təvəllüdlü Məmmədov Tofiq Paşa oğlu bağlı qapı arxasında qalıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adıçəkilən şəxsin cəsədini aşkar ediblər.
T.Məmmədovun cəsədi aidiyyəti üzrə təhvil verilib.
İnterpress.az