İraqda vəziyyətin və ABŞ ilə İran arasındakı münasibətlərin gərginləşməsi NATO ölkələri baş qərargah rəislərinin yanvarın 14-də Brüsseldə keçiriləcək iclasında müzakirə ediləcək.
İnterpress.az xəbər verir ki, bu barədə TASS-a Avropa ölkələrindən birinin NATO-dakı missiyasındakı diplomatik mənbə məlumat verib.
\”İraqdakı vəziyyət və İranla münasibətlərin gərginləşməsi məsələləri şübhəsiz ki, NATO Hərbi Komitəsinin yanvarın 14-də Brüsseldə baş qərargah rəisləri səviyyəsində keçiriləcək iclasında nəzərdən keçiriləcək”, – mənbə bildirib.
Amma NATO-nin yaydığı rəsmi proqramda baş qərargah rəislərinin bu mövzunu müzakirə edəcəkləri barədə məlumat əksini tapmayıb.
İnterpress.az






