“Voleybol idman oyunun gənclər arasında təbliği” layihəsinin açılışı olubbackend

“Voleybol idman oyunun gənclər arasında təbliği” layihəsinin açılışı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar rayonunda “Voleybol idman oyunun gənclər arasında təbliği” layihəsinin açılış mərasimi təşkil olunub.

İnterpress.az xəbər verir ki, açılış mərasimində Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Səbinə Hüseynzadə, Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyinin sədri Sahil Hüseynzadə və Biləsuvar rayon Təhsil Şöbəsinin əməkdaşları iştirak edib.

Layihənin rəsmi açılışını layihə rəhbəri Gülər Ağayeva etmişdir. O ilk öncə layihə barədə ətraflı məlumat vermiş və layihənin məqsədi barədə danışmışdır. Layihənin əsas məqsədi: Biləsuvarda gənclərin sağlam həyat tərzinə yardımçı olmaqla yanaşı, gələcəkdə bölgə olaraq Biləsuvarın da gənclərdən ibarət voleybol komandasının Azərbaycan Voleybol Çempionatlarında iştirak etməsinə stimul verməkdir.

Daha sonra qonaqlar çıxış edərək rayon üçün bu layihənin əhəmiyyətindən danışmışlar. Bu çıxışlarla yanaşı tədbirdə iştirak edən ekspert – Biləsuvar rayon Təhsil Şöbəsinin fiziki tərbiyə üzrə metodisti Elsevər Məmmədov voleybol oyun qaydaları barədə də iştirakçılara ətraflı məlumat vermişdir.
Çıxışlardan sonra mərasim maraqlı diskusiyalar və müzakirələrlə yekunlaşıb.

“Voleybol idman oyunun gənclər arasında!” təbliği” layihəsi Azərbaycan Gənclər Fondu 13-cü qrant müsabiqəsində qalib olmuş Gülər Ağayevaya məxsusdur.

“Voleybol idman oyunun gənclər arasında təbliği” layihəsinin açılışı olub

“Voleybol idman oyunun gənclər arasında təbliği” layihəsinin açılışı olub

“Voleybol idman oyunun gənclər arasında təbliği” layihəsinin açılışı olub