Bakı metrosunda ajiotajbackend

Bakı metrosunda ajiotaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az əməkdaşı xəbər verir ki, bu istiqamətdə qatarların hərəkəti 08.20-dən etibarən 11 dəqiqə gecikib. Bu isə stansiyada sərnişin sıxlığına səbəb olub.
20 Yanvar stansiyasında perron sərnişinlərlə dolu olduğundan hərəkət çətinləşib. Qatarlardan birinə ümumiyyətlə minik olmayıb. Bu isə sərnişinlər arasında ajiotajı daha da artırıb.

Digər stansiyalarda da sərnişin sıxlığı hiss edilib. Qatarlara minik zamanı problem yaranıb. Halı pisləşənlərin olduğu bildirilir.

Elnarə
İnterpress.az