İnterpress.az xəbər verir ki, ABŞ Havanada diplomatik korpusu bu ilin aprelində açmağı planlaşdırır. Ancaq Kuba “qara siyahı”da olduğu müddətdə diplomatik münasibətlərin yaxınlaşması mümkün deyil.
Qeyd edək ki, ABŞ Kubanı Afrika və Latın Amerikasında terrorizmi maliyyələşdirmə ittihamıyla 1982-ci ildə “qara siyahı”ya salıb. Kubadan başqa siyahıda Suriya, İran və Sudanın da adı var.
Dövlət Departamentinə rəsmi Havana ilə münasibətləri yaxşılaşdırmaq üçün Kubanın starusuna yenidən baxmaq səlahiyyəti verilib. Kəşfiyyat qurumları martın əvvəlinə qədər lazım olan materialları hazırlamalıdır.
Barak Obama Konqresə Kubanın artıq 6 aydan çox müddətdə terroru dəstəkləmədiyi barədə sübutlar təqdim etdikdən 45 gün sonra ölkə “qara siyahı”dan çıxarılacaq.
İnterpress.az