İnterpress.az xəbər verir ki, 2013-cü ildə səsvermə və püşkatma sistemini tənqid edən TRT Avroviziya mahnı yarışmasına bir daha qatılmayacağını bildirmişdi. Lakin Avropa Yayın Birliyinin (EBU) üzr istəməsindən sonra qurum yenidən yarışmaya qatılacağını bildirib.
TRT-nin baş direktoru Şenol Göka bildirib ki, sadəcə səsvermə sistemi deyil, əxlaqi sistemlə də bağlı problemlər var. “Bunlara aid tənqidlərimiz var idi. Artıq bir çox məsələ həll olunub”.
Avroviziya mahnı yarışması üçün çoxlu maliyyəyə ehtiyac olduğunu deyib. “EBU rəhbərliyindən məmnun deyildik. Maddi qaynaqlar düzgün istifadə edilməlidir. İtaliya və Rumıniyanın oxşar problemləri var. Bolqarıstan da yarışmadan çıxmaq istəyirdi. Tələblər yerinə yetiriləcək və biz qatılacayıq”.
İnterpress.az