Ukraynadan ruslara ağır zərbəbackend

Ukraynadan ruslara ağır zərbə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Ukrayna mediasına istinadən xəbər verir ki, Ukrayna ordusu keçirdiyi əməliyyatlar nəticəsində seperatçıların 7 sursat anbarını partladıb və 60 silalısını isə öldürüb. “Düşmənin hücumunu dayandırmaq üçün Ukrayna silahlı qüvvələrinin konkret hədəflərə müxtəlif silahlardan atəş açması nəticəsində qarşı tərəf ağır itki verib”. Bu barədə Ukraynanın Antiterror Təşkilatının rəsmi “Facebook” səhifəsində bildirilib. “Kəşfiyyat xəbərlərinə görə məlum olub ki, fevralın 4-ü və 5-ində silahlı qüvvələr düşmənin 60 silahlısını, 4 tankını, 2 özüyüriyən artileriya qurğusunu məhv edib. Həmçinin Bryanka yaşayış məntəqəsində hərbiçilərimiz qanunsuz silahlı birləşmələrin 7 sursat anbarını dağıdıb”.

Məlumatda deyilir ki, dünən günün ikinci yarısında hava hücumundan müdafiə qüvvələri düşmənin pilotsuz uçan aparatını aşkar edib. Zenit-raket bömələrinin atəşi nəticəsində pilotsuz təyyarə vurulub.

İnterpress.az