\”Vətəndaş\” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova 9 fevral 2020-ci ildə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyini irəli sürüb.
İnterpress.az xəbər verir ki, bu gün 9 saylı Binəqədi ikinci seçki dairəsi Günel Səfərovanın namizədliyini təsdiq edib.
G.Səfərova seçkilərə \”Fərqi vətəndaş bilir!\” şüarı ilə gedir. G.Səfərovanın rəqibi YAP-dan Kəmaləddin Qafarovdu. Günel Səfərova müstəqil namizəddi.
Onun namizədliyini müstəqil şəxslər dəstəkləyir. G.Səfərova 9-cu dairənin ən real namizədi kimi qiymətləndirilir.
İnterpress.az






