Bu məsələ Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinin 187-1 və 187-2 maddələrinə dəyişiklikdə əksini tapıb.
187-1 (Televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması) və 187-2 (Teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması) maddəsinə edilən dəyişikliyə əsasən, göstərilən cərimələr vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslər üçün isə 5000 manatdan 8000 manata qədər tətbiq edilir. Hər iki maddənin hazırkı sankasiyası vəzifəli şəxslər üçün 300 manatdan 500 manata qədər, hüquqi şəxslər üçün isə min manatdan 2 min manata qədərdir.
Layihə Milli Məclisin növbəti plenar iclasına tövsiyə olunub.
İnterpress.az