MTRŞ-nın səlahiyyətləri artırılırbackend

MTRŞ-nın səlahiyyətləri artırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu məsələ Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Teleiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərdə əksini tapıb.

Dəyişikliklər haqqında məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova qeyd edib ki, bu dəyişikliklərdə Azərbaycan Milli Televiziya və Radio Şurasının səlahiyyətlərinin artırılması nəzərdə tutulur.

Belə ki, Qanunun 16.11-ci maddəsində “məhkəmə qarşısında iddia qaldıra bilər” sözləri “teleradio yayımı sahəsində müvafiq dövlət orqanına müraciət edir” sözləri ilə əvəz edilir.

Aadilə Abbasova bildirib ki, mövcud qanunvericiliyə əsasən, məhkəməyə müraciət daha çox olurdu, lakin indi təklif olunan varianta əsasən, məhkəmə qarşısında iddia qaldırmaq məsələsi çıxarılır, teleradio yayımı sahəsində müvafiq dövlət orqanına müraciət olunur: “Yəni mövcud qanunvericiliyə görə, teleradio yayımçısı istifadə haqqını müəyyənləşdirilmiş müddətdə ödəyə bilmirdisə, onda müvafiq icra hakimiyyəti orqanı xüsusi razılığın qüvvəsini istifadə haqqı ödənilənə qədər dayandırılması barədə məhkəmə qarşısında iddia qaldıra bilirdi. İndi dəyişiklikdə təklif olunur ki, məhkəmə qarşısında iddia qaldırılmasın və xüsusi razılığın qüvvəsinin istifadə haqqı ödənilənə qədər onun dayandırılması teleradio yayımı sahəsindəki müvafiq dövlət orqanı qarşısında qaldırılsın”.

Dəyişikliklərdə bir sıra digər məsələlərdə də teleradio yayımçılarının xüsusi razılığının ləğv edilməsi səlahiyyəti teleradio yayımı sahəsindəki müvafiq dövlət orqanına, yəni Milli Televiziya və Radio Şurasına verilir.

İnterpress.az