İnterpress.az xəbər verir ki, neft qiymətlərinin düşməsiylə iqtisadi böhran yaşayan Venesuelada prezervativə də təsir edib. Bir paket prezervativn qiyməti 755 dolara qədər qalxıb.
Bütcəsinin 95%-i neftdən gələn gəlirərlə formalaşan Venesuelada əhalinin sosial vəziyyəti getdikcə aşağı düşür. Ölkəyə gələn neft pulları 60% azaldığından onsuz da yaxşı olamayan sosial vəziyyət əhalinin vəziyyətini daha da pisləşdirib. Ölkədə ət, şəkər, dərman və hamiləliyə qarşı vasitələri almaq üçün uzun növbələr yaranıb.
Venesuelada hamiləliyə qarşı dərmanların azalmasının sosial problemləri artıracağı ehtimal edilir. Çünki yüksək səviyyədə olan QİÇS və aşağı yaşda hamiləliyin daha da artması gözlənilir. Venesuelada abortun qadağan olunmasına görə də qadınlar qeyri-leqal aborta yönələ bilər və bununla da ölüm halları arta bilər.
İnterpress.az