Mikayıl Cabbarov: Alkoqollu içkilərin istehsalçılarının dövriyyə artımı 39,3 faiz təşkil edibbackend

Mikayıl Cabbarov: Alkoqollu içkilərin istehsalçılarının dövriyyə artımı 39,3 faiz təşkil edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aksizli malların istehsalçılarının 2018-ci ilin 11 ayı ilə müqayisədə, 2019-cu ilin müvafiq dövriyyələrinin və aksiz vergilərinin tempi artıb.

İnterpress.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib.

Bildirilib ki, alkoqollu içkilərin istehsalçılarının dövriyyə artımı 39,3 faiz, aksiz ödənişlərinin dövriyyə artımı isə 1,9 dəfə artıb.

Tütün məmulatlarının dövriyyəsinin artımı 15,4 dəfə, aksiz ödənişlərinin artımı isə 19,1 dəfə təşkil edib.

İnterpress.az