Bunu İnterpress.az-a partiyanın Qadınlar Birliyinin rəhbəri Ellada Məmmədli bildirib. Onun sözlərinə görə, Divanın iclası saat 17.00-da başlayır. Ancaq Qubad İbadoğlu iclasa saat 18.00-da dəvətlidir: “ Yəqin ki, 1 saatlıq iclasda Qubad İbadoğlunu necə mühakim edəcəklərini müzakirə edəcəklər”.
Özü də daxil olmaqla Müsavatçıların Hüquqlarını Müdafiə Komitəsinin üzvlərinin də qərargaha gedəcəyini deyən Ellada Məmmədli “Divanda iştirak onlardan asılı olmayacaq. Amma hər halda dəstək ucun qərargaha gedəcəklər” deyə vurğulayıb.
Elnarə
İnterpress.az