Bu barədə Baş prokuror Zakir Qaralov Baş Prokurorluqda ötən ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında bildirib.
Z. Qaralov qeyd edib ki, 2014-cü ildə xidməti, icra və əmək intizamının pozuntusu hallarına qarşı, işində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara münasibətdə prinsipial mübarizə xətti davam etdirilib, müxtəlif pozuntulara yol verdiklərinə görə 46 əməkdaşın intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 5 əməkdaşın tutduğu vəzifədən azad edilib, prokurorluqda xidmətlə bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə görə 2 əməkdaşın prokurorluq orqanlarından xaric edilib.
Kollegiyada nizam-intizamın daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlərin görülməsi Baş Prokurorluğun bütün strukturlarından və tabe prokurorlardan tələb edilib.
İnterpress.az