Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi ilə birgə hazırladığı tədbirlər planına əsasən cəzaçəkmə müəssisələrində “Dövlət və din münasibətləri”, “İslam əxlaqı”, “Cəmiyyətdə dini dəyərlərin rolu” mövzularında treninqlər davam etdirilir.
Növbəti belə tədbir 06.02.2015-ci il tarixdə Penitensiar xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində keçirilib. Bakı Dövlət Universitetinin tarix fakultəsinin müəllimi, ilahiyyatçı alim Saleh Kazımovun mühazirəsi məhkumlar tərəfindən maraqla qarşılanıb və ona ünvanlanan çoxsaylı suallar ətraflı cavablandırılıb.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin məsləhətçisi Cahandar Əlifzadə və Penitensiar xidmətin Baş idarəsinin məsul əməkdaşı ədliyyə mayoru Etibar Əzimov tədbirdə iştirak ediblər.
İnterpress.az