38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Naqif Həmzəyevin seçiciləri ilə görüşləri davam edir.
Interpress.az-ın məlumatına görə, seçki dairəsinin əhatə etdiyi məhəllələrdə, mənzillərdə seçiciləri ilə görüşən Naqif Həmzəyev onları maraqlandıran suallara cavab verib, qaldırılan problemlərinin həll edilməsi üçün müvafiq orqanlara müraciət edəcəyini bildirib.
V çağırış Milli Məclisin deputatı kimi fəaliyyəti dövründə ona səs vermiş seçicilərinin etimadını doğrultmağa çalışdığını qeyd edən Naqif Həmzəyev seçiciləri fəal olmağa və fevralın 9-da məntəqələrə gedərək ən layiqli namizədə səs verməyə çağırıb.
Seçicilər də öz növbəsində fevralın 9-nu səbrsizliklə gözlədiklərini, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş uğurların davamlı olması üçün Yeni Azərbaycan Partiyasının təmsilçilərinə səs verəcəklərini bildiriblər.