İnterpress.az xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan qatıldığı bir tədbirdə F.Gülən camaatının özünü və ailəsini hədəf aldığını deyib.
Onun sözlərinə görə Gülən Türkiyəyə qara yaxır. “Bunların başındakı adam Amerikadakı bir qəzetə guya yazı yazıb. Məqalə deyilən mətn başdan axıra qədər Türkiyəni qaralama və Türkiyəyə iftira atmaqdan ibarət olan iftira sənədidir. Nə olub? Türkiyədə demokratiya və insan haqqları yığışdırılıbmış”.
Ərdoğan camaatın özünə və ailəsinə hədə qorxu gəldiklərini də deyib. “Başqa cür təzyiq edə bilmədiklərini görüb məni və ailəmi hədələməyə başladılar.
Elə bilirlər ki, bununla nəyəsə nail olacaqlar. Ancaq xeyri olmayacaq. 12-13 ildir eyni şeyləri edirsiniz. Hamını ortaya çıxdı və çıxacaq da”.
İnterpress.az