Damda çətənə yetişdirənlər ifşa olundularbackend

Damda çətənə yetişdirənlər ifşa olundular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Hollandiya polisi Haarlem şəhərində qəribə narkotika əməliyyatı keçirib. Belə ki, ətrafdakı binaların damları qarla örtüldüyü halda bir binanın damında qar olmayıb. Bu da polisin diqqətini çəkib.

Çətənə bitkisinin isti mühitə ehtiyacının dolduğunu bilən təcrübəli polislər bu evə baxış keçiriblər və ehtimallarında yanılmayıblar.

Evin damında qeyri qanuni çətənə kolları yetişdirilirmiş. Polis evin şəklinin internetdə yyarkən belə bir qeyd edib: Əgər qonşunuzun damında qar yoxdursa və onun çətənə yetişdirdiyini düşünürsəniz bizə anonim xəbər edin”.

İnterpress.az