Qiyamçılar atəşfəşanlıq etdibackend

Qiyamçılar atəşfəşanlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Yəmənin paytaxtı Sananı ələ keçirən İranın dəstəklədiyi şiə husilər prezident sarayında bəyanat yayaraq parlamenti buraxıblar.

Yeni isə müvəqqəti milli şura elan olunub. Bundan sonra Yəməndə dövlət başçısını beş nəfərlik heyət müəyyən edəcək.

BMT artıq bu açıqlamanı tanımadığını deyib.

Husilər 4 aydan bəri paytaxtı əllərində tuturdular. Hökumətləhusilər arasında sentyabrın 21-də bir anlaşma imzalanmışdı. Lakin buna baxmayara hökumət qüvvələr arasında qanlı döyüşlər baş verib.

Husilər manifesti yaydıqdan sonar Sanada atəş fəşanlıq təşkil olunub. Bir saat davam edən mərasimə sakinlərdən az adam dəstək verib.

İnterpress.az