İnterpress.az xəbər verir ki, Misir ordusunun “apaçi” helikopterləri İŞİD-a qatılaraq adını “Sinay əyaləti” olaraq dəyişdirən “Ənsar beytül makdis” terror təşkilatının Şeyx Züveyd şəhərində iclas keçirərkən hücum edib.
Hücum nəticəsində silahlılar 27 nəfər itki veriblər.
Xatırladaq ki bir neçə gün əvvəl təşkilatın İskəndəriyyə və Minyə şəhərlərində keçirdiyi terror aksiyası zamanı biri uşaq ikisi polis olmaqla üç nəfər ölmüşdü. 4 nəfər də müxtəlif xəsarətlər almışdı.
Sinay yarımadasının şimalındakı Ariş şəhərində yanvarın 29-da baş verən terro hücumunda 42 nəfər ölmüş, 70 nəfər isə yaralanmışdı.
İnterpress.az