ŞOK: İŞİD-də sovet zabitləri döyüşürbackend

ŞOK: İŞİD-də sovet zabitləri döyüşür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İŞİD-ın tərkibində təqribən 50 min silahlı döyüşür.

Onlara əsasən keçmiş SSRİ ordusunun, İraqın və Pakistanın istefada olan zabirləti komandanlıq edirlər. İnterpress.az xəbər verir ki, bu barədə İraq Kürdüstan muxtariyyətinin lideri Məsud Bərzani bildirib.

Onun sözlərinə görə, İŞİD İraq kürdləri üçün İraq ordusundan da ciddi rəqibdir.

“Onlarda müxtəlif ölkələrdən hərbi ekspertlər var. İŞİD keçmiş SSRİ ölkələri olan Qazaxstan, Özbəkistan, Tatarıstan və Çeçenistandan zabitlər cəlb edib. Həmçinin pakistan hərbiçiləri də var. Onların sıralarında Səddam rejiminin zabitləri də az deyil”.

Barzani bildirib ki, onlar minalanmış avtomabildən istifadə edərək intiharçı əməliyyatlarını keçirir, yaxşı snayperçilər hazırlayırlar və artileriyadan dəqiq istifadə edirlər. “Bu ancaq professionalların işi ola bilər”.

Onun məlumatına görə, silahlıarxeyli hərbi arsenalı ələ keçiriblər. Onların arasında 1700 “Hummer” hərbi maşınlarıdır. Bütün bunlar İraq ordusunun 6 diviziyasının qoyub qaçdığı silah sursatlardır. Bundan əlavə İŞİD Suriya ordusundan da xeyli hərbi qənimət əldə edib.

İnterpress.az