Hidayət Orucov qırğızıstanlı nazir ilə görüşübbackend

Hidayət Orucov qırğızıstanlı nazir ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səfirlikdən İnterpress.az-a verilən məlumata görə, H.Orucov E.Sariyevanı salamlayaraq, nazir vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıb.

Təbrikə görə təşəkkür edən nazir ölkələrimiz arasında uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əmin olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan və qırğız xalqları qardaş xalqlardır və ölkələrimiz arasında münasibətlər daimi olaraq inkişaf etməkdədir.

Səfir Azərbaycan Təhsil Nazirliyi və Qırğız Respublikası Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş layihəsindən söz açaraq, yaxın vaxtlarda sazişin imzalanmasının vacibliyini qeyd edib.

E.Sariyeva bu məsələni öz nəzarətinə götürəcəyini deyib. O, iki ölkənin ali məktəbləri arasında əməkdaşlıqdan məmnunluğunu qeyd edərək, Azərbaycanla orta məktəblər arasında da əməkdaşlıqda maraqlı olduqlarını və bu sahədə təcrübənin yaxından öyrənilməsi üçün nazirliklər arasında görüşlərin keçirilməsinin vacibliyini bildirib. Nazir həmçinin 2014-cü ildə Azərbaycana səfəri zamanı ADA Universitetində olduğunu və belə yüksək tədris müəssisənin qardaş Azərbaycanda yarandığı üçün qurur duyduğunu bildirib.

Səfir qeyd edib ki, qardaş ölkələr arasında təhsil sahəsində əməkdaşlığın yüksələn templə davam etməsi və münasibətlərin inkişafı ölkə başçılarının maraq dairəsindədir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

İnterpress.az