Böyüməkdən qorxan oğlanbackend

Böyüməkdən qorxan oğlan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Meksikadan olan 14 yaşlı oğlan qəribə fobiyadan əziyyət çəkir. O böyüməkdən qorxur. Kiçik qalmaqda ötəri o yaş dəyişikliyini örtmək üçün bütün vasitələrdən istifadə edir.

Bu fobiya ilk dəfə onda 3 il öncə, 11q yaşı olanda baş qadırmışdı. Oğlan biləndə ki yemək onun böyüməyinə səbəb olur o zaman qidadan imtina etməyə başladı və 12 kiloqram itirdi. O hətta səsini belə uşaqlar kimi çıxartmağa başlamışdı.

Əlbətdəki boyunun inkişafının qarşısını ala bilmədi, amma bədənindəki hər bir dəyişikliyi qorxu ilə müşahidə edirdi. Uşağa elə gəlir ki böyüyən kimi xəstələnib öləcək.
Son bir ildə oğlan psixoloqun yanına getsə də bir xeyri olmayıb. Sonra onu Nuevo-Leonadakı universitet xəstəxanasına göndərirlər. Mütəxəssislər ona heraskofobiya (yaşlanmaq qorxusu) diqanozu qoyurlar.

Ehtimal olunur ki fobia onda uşaqlıqda yaşadığı hadisələrə görədir. Belə ki 6 yaşında olarkən qonşu onu daima söyüb, altıncı sinifdə isə yaşıdları tərəfindən hücuma məruz qalıb.

Bəzi ekspertlər hesab edirlər ki, oğlanda heraskofobiya yox, dismorfofobiyadır (bədənindən xroniki narazılıq) və ya gender disforiyasıdır (öz cinsini qəbul edə bilməmək).

Hazırda gənc müxtəlif dərmanlar qəbul edir və müalicə proseslərindən keçir. Öz səsiylə danışır və 6 kiloqram kökəlib.

İnterpress.az