Ukrayna müzakirə ediləcəkbackend

Ukrayna müzakirə ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danışıqların mövzusu Ukrayna böhranı olacaq.

\”Normand formatında\” telefon danışıqları keçirilməsi barədə razılıq cümə günü Almaniya və Fransa prezidentlərinin Kiyev və Moskvaya səfəri zamanı əldə edilmişdi.

Angela Merkel və Fransua Oolland Ukrayna və Rusiya prezidentlərilə yeni sülh təşəbbüslərini müzakirə ediblər.
Həmin təşəbbüslərin təffərüatı hələlik aşıqlanmayıb.
Fransa prezidenti yalnız onu bildirib ki, tərəflərə ukrayna qoşunları və rusiyapərəst separatçılarını ayıran təmas xətti boyu eni 50-70 km olacaq tərksilah edilmiş \”bufer zonası\” yaradılması təklf olunub.

Olland əlavə edib ki, bu təşəbbüs və cümə günü prezident Vladimir Putinlə keçirilmiş danışıqlar Ukraynanın şərqində hərbi münaqişənin eskalasiyasının qarşısını ala biləcək son imkanlardan biridir.

Münhendə keçirilən Təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfransda etdiyi çıxışnda Angela Merkel isə deyib ki, son günlər ərzində Ukrayna böhranının həlli istiqamətində göstərilmiş diplomatik səylərin müsbət nəticə verəcəyində tam əmin deyil.

İnterpress.az