İŞİD dəhşəti: “5 yaşlı qızı 50 yaşlı kişi apardı”backend

İŞİD dəhşəti: “5 yaşlı qızı 50 yaşlı kişi apardı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, öz imkanları ilə İŞİD döyüşçülərinin əlindən qaçan yezidi qız Vaha Ərbildə keçirilən “İraqdakı yezidi kürd və xristianlara qarşı etnik soyqırım” konfransına qatılıb.

Sincarın Tel Azer kəndindən qaçırılan Vaha kod adlı 17 yaşlı qızın söylədikləri hamını dəhşətə gətirib: “Gözlərimizin önündə 17 kişini öldürdülər. Onların arasında atam, əmim və qardaşım da vardı. Girov götürülən 23 qadını Mosula apardılar. Dsaha sonra 200 nəfər olduq. Bizi yük maşınlarına mindirib toy salonuna apardılar. Orda yemək vermədən 10 gün saxladılar. Daha sonra bizi qruplara ayıraraq evlərə apardılar. Məni 20 nəfərlə birlikdə Əbu Leyd adlı şəxsə satdılar. Hər gün döyərək bizə təcavüz etdilər. 5 yaşlı qızı 50 yaşlı kişini apardığını gördüm. Yeməklərimizin içinə nəsə qatırdılar. Bütün gün yuxulu olurduq. Hamilə qadınlara dərman verib hamiləliyi zorla pozurdular”.

İnterpress.az