Əli Kərimli Qubad İbadoğlunun konfransına dəvət ediləcək?backend

Əli Kərimli Qubad İbadoğlunun konfransına dəvət ediləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə məlumatı İnterpress.az-a hərəkatın üzvü, partiyanın Qadınlar Birliyinin rəhbəri Ellada Məmmədli verib.

Onun sözlərinə görə, hazırda təsis konfransının keçiriləcəyi yerlə bağlı da müzakirlər davam edir: “Mehmanxanaların akt zalları ola bilər. Hələlik yerlə bağlı qərar qəbul olunmayıb. Konfransda 300 nəfərin iştirakı nəzərdə tutulur. Artıq 22 rayon təşkilatımız var. Üzvlərimizin sayı gündən-günə artır”.

Konfransa müxalifət və hakimiyyətdən dəvətlilərə gəlincə, Ellada Məmmədli dəvətlilər siyahısında AXCP sədri Əli Kərimli, Milli Şura sədri Cəmil Həsənli və digər hərəkat liderlərinin olmasını istisna etməyib: “Cəmil bəy və digər hərəkatların liderləri dəvət edilə bilər. Dəvətlilərin siyahısı üzərində işləyirik”.

Elnarə
İnterpress.az