İnterpress.az xəbər verir ki, 4 il əvvəl həyat yoldaşını itirən 9 uşaq anası Fidan Ulağ çətin şəraitə baxmayaraq uşaqların hamısına universitet təhsili verə bilib.
Ancaq oğlu Feramus keçən il dekabrın 1-də yoxa çıxıb. Bir az araşdırdıqdan sonra məlum olub ki, oğlu PKK-ya qatılıb. Ana sonra PKK-nın siyasi qanadıyla əlaqəyə girib. Burada ona İraqın Ərbil şəhərində bir ünvan veriblər. Lakin orada oğlunu tapa bilməyib.
Şəkər xəstəsi olan ana PKK-ya gedən oğlunu geri qaytarmaq üçün 6 uşağıyla birgə müddətsiz aclıq elan edib. Əllərində Feramusun geri gönərilməsini tələb edən yazılı şüarlar tutublar.
Oğlu PKK'ya Katılan Anne 6 Çocuğuyla Açılık… sondakika
İnterpress.az