Gecədə məşhurlar mükafat fondlarını bir az da zənginləşdiriblər. Belə ki, musiqi sahəsində ilin ən yaxşıları seçilib.
\”İlin mahnısı\” nominasiyasında qalib \”Stay With Me\” (Mənimlə qal) olub.
Britaniyalı müğənni Sem Smit \”Ən yaxşı gənc ifaçı\” nominasiyasında \”Grammy\” alıb.
\”İlin ən yaxşı albomu\” isə Bekdə olub. O, mükafatı \”Morning Phase\” adlanan albomu ilə alıb.
Qeyd edək ki, daha öncə Bek iki dəfə bu nominasiyada laureat olsa da, ilk dəfə mükafat qazanıb.
Beyons da ötən gecə sevinənlər arasında olub. O, düz iki \”Grammy\” əldə edib – həm ən yaxşı mahnı, həm də ən yaxşı ifaya görə. Hər iki mükafat isə \”Drunk in Love\” mahnısına verilib.
\”Ən yaxşı ənənəvi vokal pop-albom\” nominasiyasında isə \”Cheek to Cheek\” ilə Toni Bennetta və Ledi Qaqa, \”Ən yaxşı rep albom\” nominasiyasında Eminem (\”The Marshall Mathers LP 2\”) mükafat qazanalardan olublar.
İnterpress.az