İnterpress.az xəbər verir ki, bu iddia ilə Rusiya mətbuatı çıxış edib.
Mətbuatın iddiasına görə, Anastasiadis fevralın 25-də Moskvaya səfəri zamanı bu təkliflə çıxış edəcək: “Rusiyaya Kiprin cənubundakı Akrotididə yerləşən ingilis hərbi bazasından 40 km aralıda verilməsi planlaşdırılır”.
Ölkə KİV-i yazır ki, Kipr Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmadığını bildirib. Rusiya ilə Avropa Birliyi arasında gərginliyin omamasını arzu etdiklərini vurğulayan Anastasiadis Moskva ilə ənənəvi olaraq yaxşı münasibətdə olduqlarını deyib.
Qeyd edək ki, oxşar iddia 2013-cü ildə də ortaya atılmış, amma sonradan yalanlanmışdı.
İnterpress.az