“GAP aktiv boykotu seçəcək” – Şərtbackend

“GAP aktiv boykotu seçəcək” – Şərt

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a partiyann sədri Ağasif Şakiroğlu bildirib.

Ağasif Şakiroğlunun sözlərinə görə, paralel olaraq namizədlərin müəyyənləşməsi prosesi de gedir: “Sadəcə mövcud şərait heç də uyğun deyil. Şəraiti dəyişməyə də çalışacağıq. Əgər seçki şəraiti, mühiti dəyişməsə, biz aktiv boykotu seçecəyik. Namizədlərimizi irəli sürüb, seçki kampaniyasında iştirak edəcəyik, yekun mərhələdə əlverişli seçki mühitini görməsək namizədlərimizi geri çəkəcəyik”.

Partiya sədri fevralın 20-dən etibarən seçki ilə bağlı digər siyasi qüvvələrlə aktiv müzakirələrə başlayacaqlarını bildirib: “Biz əsasən real siyasi müxalifətlə əməkdaşlıq etməyi planlaşdırırıq”.

Xatırladaq ki, Ağasif Şakiroğlunun rəhbərlik etdiyi partiyanın Rəsul Quliyevlə yaxın olduğuna dair məlumatlar yayılsa da partiya sədri bu məlumatları təkzib edir.

Elnarə
İnterpress.az