İnterpress.az BBC-yə istinadən xəbər verir ki, Molla Əbdul Rauf Hilmənd vilayətində Talibanın səhra komandirlərindən biri olub.
Bu ilin yanvar ayında o talibləri tərk edərək İŞD-ə sadiqlik andı içmişdi.
Xəbərlərə görə, bundan sonra Əbdul Rauf Hilmənd vilayətində səfərbəlik kampaniyasına başlayıb.
Yerli ağsaqqallar onun avtomobilinin hava zərbəsi nəticəsində məhv edildiyini təsdiqləyərək maşında 6 nəfərin olduğunu bildiriblər.
Onların sözlərinə görə, avtomobildə silah-sursat daşınırmış.
İŞİD-in Suriyadakı rəhbərliyi molla Əbdul Raufu İŞİD liderinin Xorasanda müavini elan etmişdi, islamçılar Əfqanıstanı Xorasan adı ilə çağırır.
Əbdul Rauf 2001-ci ildə ABŞ hərbçiləri tərəfindən əsir götürüldükdən sonra 6 il ərzində Kubada, Quantanamo bazasında saxlanmışdı.
2007-ci ildə ABŞ onu Əfqanıstan rəsmilərinə təhvil vermişdi.