AB-dən Rusiyaya daha bir sarsıdıcı zərbə: Sanksiyalar daha da genişləndirildibackend

AB-dən Rusiyaya daha bir sarsıdıcı zərbə: Sanksiyalar daha da genişləndirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amma yeni sanksiyaların tətbiqi fevralın 16-dək təxirə salınıb. Fransanın xarici işlər naziri Loran Fabius \”Reuters\” agentliyinə bildirib ki, məqsəd Ukrayna böhranının həlli ilə bağlı sülh cəhdlərinə mane olmamaq, dialoqun baş tutmasına vaxt verməkdir. O qeyd edib ki, hadisələrin gedişi Minskdə gözlənilən dördtərəfli sammitin nəticələrindən asılı olacaq.

Yeni sanksiyalarda yeni şəxslərə qarşı viza qadağası və onların bank hesablarının dondurulması nəzərdə tutulur.

Böyük Britaniyanın xarici işlər naziri Filip Hamond Brüssel görüşündən əvvəl jurnalistlərə bildirib ki, nə qədər ki Rusiyanin Ukraynaya qarşı təcavüzü davam edir, Avropa öz mövqeyində möhkəm durmalıdır.

Almaniya rəsmisi isə Minsk sammitini şübhə altında qoyur. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Ukrayna münaqişəsi ilə bağlı fevralın 11-də Minskdə gözlənilən sammitin baş tutmasını şübhə altında qoyub. O qeyd edib ki, bunun üçün hələ çox iş görülməlidir.

Sammitdə Rusiya, Ukrayna, Fransa və Almaniyanın liderləri iştirak etməlidir.

Belə bir sammitin keçirilməsini Almaniya bu günlərdə bəyan edib. Bundan əvvəl Almaniyanın kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, Ukrayna prezidenti Pyotr Poroşenko və Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

Kreml yanvarın 9-da bəyan edib ki, Putin Ukrayna ilə bağlı iltimatumları qəbul etməyəcək.

Ukrayna ordusu ölkəyə daha 1500 Rusiya əsgəri keçdiyini deyir.

Ukrayna ordusu son 48 saat ərzində Ukrayna ərazisinə daha 1500 Rusiya əsgəri keçdiyini bildirir.

Ordusunun sözçüsü Andrey Lısenkonun sözlərinə görə, bu qüvvələr Ukrayna ərazisinə fevralın 7 və 8-də keçib və hazırda Ukrayna ərazisində 10 mindən çox Rusiya əsgəri var.

Ukrayna prezidenti Pyotr Poroşenko yanvarın 21-də Rusiyanın Ukrayna ərazisinə 9 mindəm çox canlı qüvvə, o cümlədən 500 tank, ağır artilleriya və zirehli texnikalar göndərdiyini bəyan eləmişdi. Rusiya isə bu ittihamı rədd edir.

Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden fevralın 7-də bəyan edib ki, Rusiya Ukraynadan çıxmasa, beynəlxalq təcrid vəziyyəti davam edəcək.

İnterpress.az