1755 – Fransız filosof Monteskyu vəfat edib.
1763 – Kanadanın idarəçiliyi Fransadan İngiltərəyə keçib.
1828 – İranla Rusiya arasında Türkmənçay müqaviləsi imzalanmışdır.
1890 – Sovet dissidenti Boris Pasternak anadan olub.
1909 – Sultan II Əbdülhəmid vəfat edib.
1931 – Dehli Hindistanın paytaxtı olub.
1942 – Akademik Rafiq Əliyev anadan olub.
1947 – Parisdə II Dünya müharibəsinin qalibləri və Almaniyanın keçmiş müttəfiqləri arasında saziş imzalanıb.
1963 – türk müğənni Candan Ercetin anadan olub.
1974 – Azərbaycan SSR Ali Soveti \”10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının tərtib edilməsi haqqında\” qərar verib.
1995 – Almaatada 10 MDB dövləti \”Vahid HHM sistemi\” yaratmağa dair saziş imzalayıb.
1992 – Azərbaycan Respublikası Meksika ilə diplomatik əlaqələr qurmuşdur.
1996 – Harri Kasparov şahmatda kompüterə qalib gəlib.
1998 – Milli Məclis prezident Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə Azərbaycanda ölüm hökmünün ləğv edilməsi haqqında qanun qəbul edib. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra ölüm hökmlərinin icrasına moratorium qoyulmuşdu. Azərbaycan müsəlman ölkələri arasında birinci olaraq ölüm hökmünü ləğv etdi.
2006 – Paris yaxınlığındakı Rambuye qəsrində Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı növbəti danışıqlar raundu başlayıb. Fransa prezidenti Jak Şirakın vasitəçiliyi ilə iki gün sürən danışıqlar erməni tərəfin qeyri-konstruktivliyi üzündən müsbət nəticə vermədi.
İnterpress.az