Müsavat iqtidar-müxalifət dialoqu ilə bağlı toplaşırbackend

Müsavat iqtidar-müxalifət dialoqu ilə bağlı toplaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a partiyanın icra aparatının sədri Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə, fevralın 10-11-də məsələ partiyada müzakirə edilərək qərar qəbul olunacaq.

Qeyd edək ki, Müsavat Partiyası 2014-cü il dekabrın 14-də keçirilən iqtidar-müxalifət dialoquna qatılmamışdı.

Həmin görüşdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa, BAXCP sədrinin müavini Zöhrab Abdullayev, Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev iştirak edib.

Elnarə
İnterpress.az