“NASA” mütəxəssisləri Marsda yerin altında həyat olduğunu hesab edirbackend

“NASA” mütəxəssisləri Marsda yerin altında həyat olduğunu hesab edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ilin yay aylarında “NASA” Marsa çəkisi bir tondan çox olan xüsusi aparat göndərməyi planlaşdırır.

“Science” xəbər verir ki, alimlər qırmızı planetin qrunt nümunələrini təhlil etmək ümidindədirlər.

Onlar torpaqda canlı həyat izlərini aşkar etmək istəyirlər.

Bu yaxınlarda alimlər belə bir iddia irəli sürüblər ki, əgər Marsda həyat varsa, o torpağın altında mövcud ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, planetin səthi həyat üçün ən yararsız yerdir, çünki oksidləşən radiasiya ilə dolu ağır torpaq suyu saxlamaq gücünə sahib deyil.

Alimlər həmçinin Marsdakı mağaraları araşdırmaq niyyətindədirlər.

Bunun üçün böyük miqdarda vəsait tələb edən xüsusi robotlar hazırlanmalıdır.

Yeri gəlmişkən, “NASA” 2035-2036-cı illərdə Marsa insan göndərməyi planlaşdırır.

İnterpress.az