Kremldə bomba həyəcanı yaradan erməni məhkəmədəbackend

Kremldə bomba həyəcanı yaradan erməni məhkəmədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, prokurorluq artıq bununla bağlı bütün lazımi sənədləri məhkəməyə təqdim edib.

İttihamnaməyə əsasən, Aşot Arakelyan adlı Ermənistan vətəndaşı qanunsuz yollarla Rusiyaya gəlib. Burada isə özünə diqqəti cəlb etmək üçün 37 yaşlı erməni Kremlə bomba qoyulması barədə polisə yalan məlumat verib.

İnsident bu il yanvarın 15-də baş verib. “Tədqiqatın versiyasına görə, Rusiya Federasiyası ərazisində qanunsuz qalan Ermənistan vətəndaşı özünə diqqət çəkmək üçün Soçidəki polis idarəsinə zəng edib və Kremldə partlayışın olacağı barədə yalan məlumat verib” deyə prokurorluun məlumatında bildirilir.

Rusiya Federasiyasının Cinayət Məcəlləsinə görə, Aşot Arakelyanı 3 il həbs cəzası gözləyir.

İnterpress.az