Hava küləkli olacaqbackend

Hava küləkli olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhər zəif duman, axşama doğru yağıntılı olacaq. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz olacağı, bəzi yerlərdə dumanlı, çiskinli olacağı, gündüz qərb rayonlarından başlayaraq arabir yağıntılı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcə isti olacaq.

İnterpress.az