“Fenomen”ə xəbər ötürənlərin kimliyi bəlli oldubackend

“Fenomen”ə xəbər ötürənlərin kimliyi bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fuat Avni”nin polisdəki son əməliyyatı xəbər verməməsi bu barədə iddiaları gücləndirib. İnterpress.az xəbər verir ki, məlumata görə həmin adamların adları yaxın günlərdə açıqlanacaq.

“İstanbul polisi bu hesabın birdən çox adam tərəfindən istifadə olunduğunu təsbit edib. Uzun müddətdir başlayan araşdırmalar artıq nəticəsini göstərib. “Fuat Avni”yə məlumat ötürənlərin kimliyi məlum olub. Onların arasında yüksək rütbəli rəsmilər də var” deyə məlumatda bildirilir.

Bununla yanaşı İstanbulı polisi Fətullah Gülən camaatının polisdəki qolu barədə də araşdırma aparıb. İstanbulun 12 rayonunda aparılan əməliyyatlarda 16 polis casusluq ittihamıyla saxlanılıb. Bu məlumat “Fuat Avni”yə informasiya ötürməkdə şübhələnilən polislərdən gizlədilib. Beləliklə bu hesaba yönəldilən məlumat axını kəsilib.

İnterpress.az