Çörəkdən dərman çıxdı – FOTObackend

Çörəkdən dərman çıxdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1,29; 120.2.7 və 66.3 maddələrinə əsasən 11 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rafiq Məşədi oğlu Mövsümova Tovuz rayon sakini Əsəd Məsim oğlu Fərzəliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, çörəyin içərsində xüsusi üsulla gizlədilmiş 30 ədəd “Tramadol” həbi aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Çörəkdən dərman çıxdı - FOTO

İnterpress.az