backend

Kərkükü uduzsaq Urmiyanı da uduza bilərik-I.hissə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya əhalisini 85%-nin yerləşdiyi orta şərq bölgəsinin mərkəzi ölkələri Tцrkiyə və Azərbaycandır. Orta Şərq siyasi və demoqrafik cografiyası əsrin əvvəllərində Fars, erməni, indi isə Kürd kartından istifadə edilməklə dəyişdirilməkdədir. Fars, Erməni kartı, İngiltərə-Fransa-Rusiya dövlətləri tərəfindən Qacar və Osmanlı Türk imperatorluqlarının çöküşü üçün istifadə edilirdisə(bu məqsədə nail oldular da), Kürd kartı da yenə Türkiyə və Azərbaycan dövlətlərini, ərazilərini parçalamaq, zəiflətmək, türkləri bu bölgədən silmək məqsədilə istifadə edilir. Kürd siyasi kimliyinin şəkillənməsi və dinamik tutulması məqsədilə ABŞ,İngiltərə cütlüyü tərəfindən onlara milli missiya, hədəf verilmişdir. “Dogunu Türk zülmündən qurtarmaq !”. Bu, kürd ozanlarının, şairlərinin, siyasi kadrolarının kürd milləti qarşısında daim söylədikləri şüardır. Kürd siyasi kimliyi, kürd millət quruculugu bu missyonla formalaşdırılmaqdadır. İran dillər qrupuna məxsus kürd xalqı Arya irqçiliyinin yeni formada, yeni keyfiyyətdə qabarmasıdır. Hind-Avropa dil ailəsinə məxsus qohum xalqlar, Farslar, Kürdlər, Ermənilər orta Doguda Türk cografiyasında İran, Ermənistan,Kürdüstan qurmaqla Türkləri bu cografiyadan silməyi hədəf alır və bu xalqlar siyasətin dərin qatlarında strateji müttəfiqdirlər. Məqsəd birliyi və etnik qohumluq ideyaları onları Strateji müttəfiqlərə çevirməkdədir.

Kürd təşkilatları olan PDK və PJAK-a məxsus “grilaypjak.blogfa.com” və “Pyam.nu” internet saytlarında yazılır: Bilin ki,İraqdakı Türkmanlara məxsus Mosul,Ərbil,Süleymaniyyə və Kərkük şəhərlərini necə İraq Kürdüstanı Milli Muxtariyyətinin tərkibinə qatmışıqsa,Güney Azərbaycan torpaqlarının da yarısı “İran Kürdüstanı”projesinin tərkib hissəsinə çevriləcəkdir.Oradakı türklər bu şəhərləri “bizim məkanlar” adlandırsalar da,hamısını geri alacagıq.Güney Azərbaycan adlanan cografi ərazidə işgal altında olan şəhərlərimizin azad olunmasında bizim qarşımızı siz türklər ala bilməyəcəksiniz.Buna gücünü yetməz.Azərbaycan dlanan bu torpaqlar əslində Kürdüstandır.Sizlər isə Səlcuq türkləri ilə birlikdə Orta Asiyadan gələrk bu torpaqlarda məskunlaşmış köçərilərin törəmələrisiniz”.

ABŞ-İngiltərə-izrailin dəstəyilə qurulmuş “Quzey İraq Kürdüstan Milli Muxtariyyəti” hökümətinin başçısı,Kürdüstan Yurdsevərlər Partiyasının lideri Mustafa Bərzani (Yəhudi kürdüdür) KürdTV kanalında çıxışında deyir: “Bizim strateji hədəfimizin qarşısında sədd çəkərək durmuş Türkməneli(İraq Türkman vilayəti),Şərqi Azərbaycan və Qərbi Azərbaycan adlnan bölgələr köçərilərin işgalında əsrlərdən bəri inləyən torpaqların əsl sahibi olan kürdlərə qovuşmasına lap az qalıb. Kərkük, Urmu,maraga,Təbriz kürd xalqının qəlbidir.Onları kimsəyə verməyəcəyik”. Kürdlərin “Puk-Media”İnformasiya Agentliyinin açıqlamasında deyilir: “Böyük Kürdüstanın reallaşmasını və onu tezləşdirməyə can atan kürdlərin Rəzən, Bahar, Kövrəng,Həmədan, əsədabad və məlayir şəhərlərinə böyük köç dalgaları başlamışdır”.Bu şəhərlər hamısı Güney azərbaycanın şəhərləridir. “Kürdüstana Qayıdış Hərəkatı” Kürdlərə müraciətində deyir: “Güney Azərbaycan, Kərkük,Ərbil, Mosul, Kifri, Xanəgin, Təlafər və Adanadan tutmuş, Naxçıvan da daxil olmaqla hər yer kürdüstandır”. Kürd təşkilatlarının strateji planı belədir . “Qarabag Erməni qardaşlarımızın torpaqlarından, Ərdahandan Türkiyə) tutmuş Qəzvinə(Güney Azərbaycan),Mosuldan (İraq türkmanları ərazisi),Naxçıvan və Kəlbəcərədək (Quzey Azərbaycan) bizim torpaqlardır”.

Sazemane Defa Hüquqe Bəşər Dər Kordestan təşkilatının bəyanatında deyilir: “Sulduz bölgəsi Ələvi qızılbaşlarının qədim torpaqlarıdır və onlar etnik mənşə baxımından kürd olmuşlar.Sulduz, urmu, Maku, Xoy, Səlmas, Sayınqala, Qoşaçay, Bicar, Görvə və digər bölgələr ən qədim kürd torpaqlarıdır”. Quzey İraq dakı Mustafa Bərzani höküməti strateji siyasətini belə açıqlayır. “Türkiyə və Güney Azərbaycan arasında kürdlər məskunlaşaraq bufer rolu oynamalıdırlar”. İran Parlamentində Millət Vəkili Bəhaəddin Ədəb, Xədicə Mənsuri, Türkiyədə Sırrı Sürəyya Urmu şəhərinin kürdlərə məxsus oldugunu açıqlamışlar. Quzey İraq Kürd Hökümətinin buraxdıgı “dırav” adlanan kagız əskinaslarda isə “Kürdüstan” xəritəsi çəkilib. Xəritədə Güney Azərbaycanın və Türkiyənin bir çox əraziləri və Naxçıvan əks olunub. Beləliklə Kürd Problemi yaradılmış və Gələcəyimiz təhlükə altındadır.

Kürd kartındn aktiv istifadə edən dövlətlərsə ABŞ və İzraildir. “Türkiyə Kürdüstanı”, “İraq Kürdüstanı”, “İran Kürdüstanı”, “Azərbaycan Kürdüstanı”,.. “Vahid Kürdüstan” İzrailin dövlət kimi yaşamasının və təhlükəsizliyinin qarantıdır.

Kərkük bölgəsində gedən siyasəti anlamaq üçün son 300 ildir bu cografiyadda həyata keçirilən Qərbin müstəmləkəçilik siyasətini təhlil etmək lazımdır. Biz onu deyə bilərik ki, hal-hazırda Yaxın və Orta Şərq cografiyalarında məskunlaşaraq, imperatorluqlar, bəyliklər,ulus dövlətləri quran Türklərin hakim olduqları ərazilər yenidən bölünməkdə ,Türk cografiyasının daralması prosesi davam etməkdədir. XVIII əsrdən etibarən bu proses üç mərhələli aparılmaqdadır.

1.İmperatorluqların (Osmanlı,Qacar,Babur)dagıdılmsı və ərazilərinin bölüşdürülməsi.Türklərin hakimiyyətdən gedilməsi və ikinci qurup azınlıq halına salınması.Hind-Avropa qrupuna məxsus xalqların türk cografiyalarında dövlətlərinin qurulması(Fars,Erməni,Kürd).

2.Türk Ulus Dövlətlərinin dagıdılması.

3.Dövlətlərini itirərək azınlıq durumuna salınmış türklərin assimilyasiya, etnik təmizləmə və soyqırıma ugradılması ilə torpaqlarının mənimsənilməsi ( Ermənistan ,Əfqanıstan,Suriya,İraq,İran,Çin,Rusiya).

Əsrin əvvəllərində erməni,fars, indi isə kürd faktoru ilə Türklərin Yaxın və Orta Dogu cografiyasından silinməsi prosesi XVIII əsrdə Avropada formalaşmış “Hind-Avropa irqinə məxsus xalqların dünya liderliyi –Ariya irqçiliyi ”, Pyotrun “Vəsiyyətnaməsi”, Yekatrinanın “Şərq Layihəsi”, Rusiya və ingiltərənin “Böyük Oyun” siyasəti doktrinləri ilə həyata keçirilirdisə, indi ABŞ-Avropa Birliyi rəhbərliyi ilə “Böyük Orta Dogu “ projesi adı altında həyata keçirilir.(Əfqanıstan, Suriya, Ermənistan, İran, Iraq).
Yaxın və Orta Şərq cografiyalarının bölünməsində XX əsrin əvvəllərinddə İngiltərə-Fransa-Rusiya baş rol oynayaraq, min illərdir bu cografiyaya hakim olan türklərin buradan silinib atılması üçün erməni,aysor(assurr),serb,ərəb,fars xalqlarını türklər əleyhinə istifadə edirdilər. Bu cografiyadakı siyasi xəritələr İngilltərə-Rusiya arasında gedən “Böyük Oyun” adlı siyasi rəqabət əsasında İngilis Rus nüfuz dairələrinə uygun cızılmışdı. XXI əsrdə isə bu cografiya ABŞ –İzrail və Avropa birliyinin maraqları əsasında yenidən bölünərək paylaşılmaqdadır. Yeni siyassi oyunların əsas aktoru isə Kürdlərdir. Bu dəfə Ermənilərlə bərabər Kürdlərdən istifadə edilməkdədir. İraq, Suriya, Livan, Türkiyə, İran, Azərbaycan dövlətlərini təhdid altında saxlayan kürd faktoru bizi, Türkiyə və Azərbaycanı yeni siyassi doktrin və paradiqmalar yaratmaq zərurəti qarşısında qoyur. Kürdlərin Kərkük bölgəsində Dövlət qurma cəhdləri Azərbaycanın maraqlarına ziddir. Çünki bu bölgə qədim Azərbaycan tarix və mədəniyyətinin yarandıgı bir bölgədir.

İqlim və cografiyası etibarı ilə Anadolunun, dil və Kültür yapısı etibarilə Azərbaycanın davamı olan Bu günkü İraqın Bagdad, Samarra, Mosul, Sincar, Kərkük, Ərbil, Telafar, Köysancaq, Altınkörpü, Tuzhurmatu kimi bölgələri 1055-ci ildən günümüzə qədər Türk kültür və ənənələri ilə yogrulmuş bir türk mərkəzidir. Türk memarlıq və sənət abidələri ilə bəzənmiş bu bölgələr Türk –İslam sivilizasiyasının elm,mədəniyyət mərkəzləri olmuşdur.

İndiki İraqın Bagdad, Kerkük, Mosul, Süleymaniyyə, Ərbil, Sincar,Telafar, Altunkörpü, Köysancaq, Tuzhurmatu bölgələri qədimdən bəri Azərbaycanın siyasi cografiyasının tərkib hissəsi olmuş,tarix boyu Azərbaycan kültür arealına daxil olmuşdur. Kərkük türkmanlarının vətəni Bagdad, Kərkük, Ərbil ,Süleymaniyyə, Mosul qədimdən bəri Azərbaycan türklərinin vətənidir.Burda Urmiya bölgəsi də daxil olmaqla Tunc dövründən etibarən Subartu, Şumer, Mitanii, Aratta, Kutium dövlətləri qurulmuşdur. Tarixçı, dilçi ,Etnoqraf, Ədəbiyyat alimləri arxeoloji və linqvistik dəlillərlə coxdan sübut etmişlər ki, İraqda İkiçayarası mədəniyyətinin ilk qurucuları olan Subartular və Şumerlər türkdür və Azərbaycandan bu cografiyaya köçərək Dünya mədəniyyətinin əsaslarını yaratmışlar.Məsələni geniş şərh etmək istəsək onu deyə bilərik ki, bir çox tədqiqatçıların fikrincə Azərbaycan siyasi cografiyası e.ə.IV əsrdən etibarən formalaşmışdır.

Bundan öncəki tarixlərdə isə İkiçayarası(İraq), İndiki İran cografiyası(Elam,Midiya),Qafqaz və Anadolu bölgələri e.ə.IV-II minilliklərdə iltisaqi dilli xalqların məskəni olmuş, burda vahid sosio- kültürəl və etno-linqvistik xüsusiyyətlərə malik sivilizasiya mövcud olmuşdur.Bu sivilizasiyanın təmsilçiləri Subartu, Şumer, Aratta, Mitanii, Kuti, Elam, Hetit, Urartu, Manna, Midiya, Etrusk,Troya və s.dövlətlər olmuşdur.Bu dövlətləri quran xalqlar sosio-kültürəl xüsusiyyətlərinə və dillərinə görə Turanlı adlandırılmışlar. E.ə.III minilliyin ikinci yarisindan etibarən II minillik boyu Sami kökənli xalqlar Ərəbistan yarımadasından köçərək İndiki İraq( İkiçayarası) və Aralıq dənizi sahillərində yerləşərək Akkad, Babil, Assuriya, Finikiya-Uqarit(Suriya və Livan) dövlətlərini və mədəniiyyətlərini qurmuşlar.Beləliklə qədim Ön Asiya bölgəsinin etno-demoqrafik yapısı dəyişmiş,Turanlı iltisaqi dilli xalqlarla sami kökənli xalqlar yanaşı yaşamaga başlamışlar.

E.ə.I minilliyin başlarında (IX əsr) Hind Avropa dil qrupuna məxsus Hind-İran dilli xalqlar (Farslar) bu bölgəyə köçərək Elam dövlətinin Anşan bölgəsində yerləşmiş, sonradan Elamı işgal edən Midiya dövlətinin tabeliyində yaşayaraq əyalət bəyliyi qurmuşlar və Midiyada dövlət çevrilişi edərək Fars Əhəməni dövlətlərini qurmuşlar. Beləliklə də Yaxın Şərq və Orta Şərq bölgəsində etno-demoqrafik şəkillənmə Turanlı(Türk),Sami, Hind-Avropalı-Fars xalqlarının iştirakı ilə olmuşdur.Bütün bu dəyişikliklər Azərbaycan Kültür arealına daxil olan Bagdad, Kərkük, Mosul, Ərbil, Süleymaniyyə, Diyala bölgələrinin kültür yapısına təsir etmiş lakin onun qədim Turanlı(Subartu-Şumer-Aratta) köklərini dəyişdirə bilməmişdir və bu proses İsgəndərin işgallarından sonara bu bölgədə qurulmuş Selevki, Parfiya, Sasanlı dövründə də davam edərək , Ərəb İslam xəlifəliyi dövrünə qədər davam etmişdir. İndiki İraq cografiyasında qədim Azərbaycan – Turan mədəniyyətini İslam Xilafəti dövründə İraq torpaqlarında yerləşən türkmanlar dövr almışlar.

Türkmanların İraq torpaqlarında yerləşmələri hicri 54 –cü ildə Əmevi hökmdarlarından Übeydullah bin Ziyadın Bəsrəyə 2000 Türk gətirməsiylə gerçəkləşmişdir.1055-ci ildə böyük Səlcuqlu Xaqanı Sultan Togrulun İraqa girməsi və 15.12.1055-ci ildə Bagdadda İslam xəlifəsinin Sultan Togrul adına xütbə oxuması ilə ölkə Türk hakimiyyəti altına keçmiş, bu proses 1918-ci ilə qədər davam etmişdir.Beləliklə İraq 900 il Türk hakimiyyəti altında olmuşdur. Iraq Türklərinə “Türkmən” deyilməsi də Səlcuqlular zamanından başlamışdır.”Türkmən” deyimi Türkdən ayrı bir soyu bildirmir, İslamın türklər arasında ilk yayıldıgı dövrlərdə yaranmış,Hələ islamın bütün türklər arasında yayılmadıgı dönəmlərdə Türklər arasında Oguzların İslamı qəbul etmiş hissəsinə Türkmən deyilmişdir. Selcuqlu imperatorlugunun yıxılmasından sonra Erbildə Zeyneddin Kiçikogullar(1144-1233), Mosulda Atabeyler, Kərkükdə Qıpçaqogulları adlanan türk bəylikləri qurulmuşdur. Ərbil burda hökm sürən Müzəffərəddin Gökbörü zamanında 1190-cı ildən 1233-cü ilə qədər 43 il Türk –İslam mədəniyyətinin qızıl çagını yaşamışdır.

Iraq türkmanları bölgəsində 1514-cü ilə qədər müxtəlif türk xanədanları hökmranlıq etmişdir.Osmanlı Sultanı Yavuz Sultan Selim 16.9.1514-cü il Təbriz səfərindən sonra 1515-ci ildə Quzey İraqı fəth edərək Osmanlı İmperatorluguna qatmışdır.Təxminən 19 il sonra 1534-cü ildə Qanuni Sultan Süleyman Bagdad şəhərinə girərək Səfəvi hakimiyyətinə son vermişdir.Beləcə bütün İraq ərazisi Osmanlı imperatorlugunun bir əyalətinə çevrilmişdir. 1732, 1734 –cü illərdə Nadir Şah Avşar Kərkükü Osmanlılardan alaraq yenidən Avşar xanədanlıgının rəhbərlik etdiyi Səfəvi imperatorluguna qatmışdır.Lakin Kerkük bölgəsi 1746-cı ildə Osmanlı-Nadir şah arasında baglanan razılaşmaya əsasən təkrar Osmanı imperatorluguna qaytarılmış və 1914-cü ildə başlayan Ibirinci dünya müharibəsinə qədər Osmanlı hakimiyyəti altında qalmışdır. İstər Səfəvi, istərsə Osmanlı imperatorluqlarının hakimiyyəti dövründə İraq türkmənlərinin mövqeyi etnik-demoqrafik-kültürəl baxımdan daha da güclənmişdir. 1917-ci il martın 12-də Bagdad İngilislər tərəfindən işgal olunmuş,İngilislərin dəstəyi ilə Məkkə Şərifi Hüseyin Osmanlılara üsyan etmiş ve bu üsyan nəticəsində İraqın orta və güney hissəsi İngiltərə, İraqın Mosul bölgəsi və Suriya torpaqları da Fransa müstəmləkəsinə çevrilmişdir.