“Oğurlanmış” TAXIL QALMAQALI – İsrail şirkətləri taxıl idxalını DAYANDIRDIbackend

“Oğurlanmış” TAXIL QALMAQALI – İsrail şirkətləri taxıl idxalını DAYANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailli idxalçı Avropa İttifaqının sanksiya qorxusundan “oğurlanmış” Ukrayna taxılını qəbul etməyi dayandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrailin 12-ci televiziya kanalı məlumat yayıb.

Ukrayna ilə diplomatik gərginliyin artması fonunda İsrailə buğda idxal edən şirkət “oğurlanmış” hesab edilən Ukrayna taxılının boşaldılmasını təxirə salmaq qərarına gəlib.

Bildirilir ki, bu qərara səbəb olan əsas amillərdən biri də israilli idxalçıların Rusiya tədarükçüləri ilə əməkdaşlığı davam etdirəcəkləri təqdirdə, Avropa İttifaqının sanksiyalarına məruz qalma risqidir.

Hazırda İsrail hökumətinin biznes sektoru üçün bu istiqamətdə dəqiq tövsiyələr və ya müdafiə mexanizmləri təqdim etmədiyi vurğulanır.

Xuraman Etibarlı

İnterpress.az