Ayı dayanacağı DAĞITDI: 10-a yaxın maşın ZƏDƏLƏNİB – VİDEObackend

Ayı dayanacağı DAĞITDI: 10-a yaxın maşın ZƏDƏLƏNİB – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sverdlovsk vilayətində ayı avtomobilləri dağıdıb – 10-a yaxın maşına ziyan dəyib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Sverdlovsk vilayətinin İvdel şəhəri ərazisində ayı avtomobillərin saxlandığı əraziyə daxil olaraq təxminən 10 maşına ziyan vurub.

Məlumata görə, yırtıcı iki minik avtomobilinin qapılarını qoparıb, salonlara daxil olaraq çata bildiyi əşyaları çölə atıb. Avtomobillərin salon üzlüklərindən qopmuş hissələr də əraziyə səpələnib.

Daha üç avtomobilin yan güzgülərinin qoparıldığı, “Volkswagen” markalı avtomobilin isə ön yan şüşəsinin sındırıldığı bildirilib.

Digər avtomobillərdə əziklər, cızıqlar və ayının pəncə izləri qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Xuraman Etibarlı

İnterpress.az